Bu il aprelin 1-dən “Sony Interactive Entertainment Network Europe Limited” şirkətinin Azərbaycanda ƏDV məqsədli qeydiyyatı qüvvəyə minib.

Məlumata görə, şirkət elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində qurumun portalında vergi uçotuna alınıb.

Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.

“Sony Interactive Entertainment Network Europe Limited” video oyun sənayesi və rəqəmsal əyləncə xidmətləri sahəsində, eləcə də rəqəmsal məzmun və oyunların lisenziyalaşdırılması və satışı üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdir, Böyük Britaniyada qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.

İstinadlar Report