
Mayın sonunda Böyük Britaniyanın dövlət borcu 2,74 trilyon funt sterlinq və ya Ümumi Daxili Məhsulun (ÜDM) 99,8 %-ni təşkil edib.
Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bu, ölkə üçün son 63 ilin rekord göstəricisidir.
Böyük Britaniyanın borcunun ÜDM-ə nisbəti sonuncu dəfə 1961-ci ildə 100 %-ə yaxın olub. O zaman bu göstərici 99,4 % olub. Ötən ilin mayında isə ölkənin dövlət borcu ÜDM-in 96,1 %-ni təşkil edib.