Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişi imzalayıblar.

Bu barədə Avropa Komissiyasının rəhbəri “Twitter” səhifəsində bildirib:

“İndicə Şarl Mişellə mən Böyük Britaniyanın Aİ-dən çıxması haqqında sazişi imzaladıq. Beləliklə, Avropa Parlamenti onu təsdiqləyə bilər”.

Aİ Şurasının sədri Şarl Mişel isə “Twitter” səhifəsində yazıb: “İşlər labüd olaraq dəyişəcək, lakin bizim dostluğumuz qalacaq. Biz tərəfdaş və müttəfiq kimi yeni fəsilə başlayırıq”.

İstinadlar Report