
“Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən Xudafərin körpüsü təsirli tarixə malik abidədir”.
Bunu jurnalistlərə britaniyalı səyyah Des Uayt (Des White) bildirib.
O, Albaniyada oxşar tarixi abidə ilə rastlaşdığını deyib.
“Qarabağa səfər çox xoşumuza gəldi. Xüsusilə də buranın dağları çox gözəldir”, – səyahətçi heyranlığını ifadə edib.
D.Uayt Qarabağda bərpa işlərinin necə aparıldığını görməkdən məmnun olduğunu vurğulayıb:
“Hər şeyin necə dəyişdiyini görmək üçün 1-2 ildən sonra bura qayıtmağı düşünürük”.