
Böyük Britaniyada “Tui” aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşduqdan sonra qəza enişi edib.
Bu barədə “Daily Mail” yazır.
Qetvik aeroportundan Kabo-Verdeyə uçan təyyarə iki qu quşu ilə toqquşduqdan sonra məcburi eniş etməli olub. Hadisə təyyarə təxminən 300 metr yüksəklikdə olarkən baş verib.
Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyib.