Böyük Britaniyanın qərbindəki Devon və Kornuol qraflıqlarında leysan yağışlar güclü daşqınlara səbəb olub. Bölgələrdə və bəzi digər ərazilərdə yağış, tufanla bağlı xəbərdarlıq hələ də qüvvədədir.

Bu barədə “The Guardian” məlumat yayıb.

Çərşənbə axşamı Böyük Britaniyanın Ətraf Mühit Agentliyi 16 qraflıqda, o cümlədən London, Norfolk, Nottingemşir və Lesterşirin rayonlarında daşqın xəbərdarlığı edib.

Şotlandiyada daşqınlar artıq qatarların hərəkətini dayandırıb.

İstinadlar Report