
Böyük Britaniyada bu ilin iyun ayından 4 günlük iş həftəsinin nəzərdə tutulduğu pilot layihənin icrasına başlanılacaq.
Ilkin olaraq 6 şirkətin iştirak edəcəyi layihəyə sonradan daha 20-dək şirkətin qoşulacağı gözlənilir.
Layihə iştirakçıları altı ay ərzində məvacibi azalmamaq şərti ilə həftədə 4 gün çalışacaq. İştirak etmək istəyənlər mart ayının sonunadək qeydiyyatdan keçməlidir.