Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb.
Bu barədə “Sky News” məlumat yayıb.
“Toplantı bu gün, yəni Dauninq-stritdə quldurların sığınacaq axtaranların məskunlaşdığı hotellərə basqın etmək cəhdindən sonra şiddətlənən zorakılığın altıncı günündə baş tutmalıdır”, – məlumatda bildirilib.
İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edəcəklər. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir.