Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynanın paytaxtı Kiyevə gəlib.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

O, Kiyevdə ölkə Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Səfər çərçivəsində D.Lemminin Ukraynaya əlavə 55 milyon funt-sterlinq (68,7 milyon dollar) məbləğində vəsaitin ayrılacağını elan edəcəyi gözlənilir.

İstinadlar Report