Böyük Britaniya hökuməti Hörmüz boğazından keçən “British Heritage” ticarət gəmisinin üç İran gəmisi tərəfindən saxlamaq cəhdi göstərildiyini, lakin baş tutmadığını bildirib.

Böyük Britaniya hökumətinin açıqlamasına görə, həmin İran gəmiləri yalnız ticarət gəmisini müşayiət edən hərbi gəmidən gələn “şifahi xəbərdarlıq”dan sonra geri qayıdıb.

“Biz narahatıq və İran hökumətini bir daha regionda gərginliyi azaltmağa çağırırıq”, – açıqlamada qeyd olunur.

İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Hörmüz boğazından keçən britaniyalı gəmini əngəlləməyə çalışdıqları barədə xəbərləri təkzib edib.

“Sepah Bəhriyə gözətçiləri adi qaydada fəaliyyətlərini davam etdirərək qarşılarına qoyulan vəzifələri dəqiq yerinə yetirirlər. Son 24 saat ərzində hər hansı xarici, o cümlədən britaniyalı gəmilərlə təmasda olmayıblar”, – “Sepah”ın açıqlamasında vurğulanır.

Bundan əvvəl CNN “Sepah”a məxsusluğu ehtimal olunan 5 ədəd katerin Hörmüz boğazından keçən Böyük Britaniya tankerini saxlamağa cəhd etdiklərini bildirmişdi.

İstinadlar Report