Böyük Britaniyanın baş naziri Kir Starmer, Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi inauqurasiyasından bir həftə sonra müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracağını elan etməyə hazırlaşır.
Qeyd olunub ki, bu addımı yeni Amerika lideri ilə münasibətləri yaxşılaşdırmaq cəhdi kimi qiymətləndirmək olar. Qəzetin həmsöhbətləri bildiriblər ki, müdafiə xərclərinin indiki 2,2%-dən 2,5%-ə qədər artırılması ilə bağlı açıqlama 2025-ci ilin yazında veriləcək.