Qəzza zolağından olan qaçqın ailəsi Ukraynadan olan ailələrə yardım proqramı çərçivəsində Böyük Britaniyada yaşamaq hüququ əldə edib.

Bu barədə “Times” qəzeti məlumat yayıb.

“Qəzzadan olan ailə Daxili İşlər Nazirliyinin imtinasının onların hüquqlarını pozduğuna dair hakimin qərarından sonra Böyük Britaniyada yaşamaq hüququ əldə edib”, – məlumatda bildirilib.

Ukraynadan olan ailələrə yardım proqramının (Ukraine Family Scheme) həyata keçirilməsinə 2022-ci ilin martında başlanılıb. Proqram çərçivəsində 70 mindən çox viza verilib, 2024-cü ilin fevralından etibarən müraciətlərin qəbulu dayandırılıb.

Qəzza zolağından olan ailə ilə bağlı hadisə Ukraynadan olmayan insanların proqramdan istifadə etdiyi ilk hal olub.

Altı nəfərdən ibarət ailə Qəzzada qaçqın düşərgəsində yaşayıb. 2024-cü ilin yanvarında onlar Ukrayna sxemində iştirak üçün müraciət ediblər.

Daxili İşlər Nazirliyinin imtinasından sonra ailə sığınacaq və miqrasiya məsələləri üzrə birinci instansiya məhkəməsinə müraciət edib. Məhkəmə müsbət qərarın dünyanın hər yerindən insanlar üçün “qapılar aça” biləcəyini və bu yolla fələstinlilər üçün köçürmə sxeminin yaradılmasının onun səlahiyyətlərinə daxil olmadığını əsas gətirərək şikayəti rədd edib.

İstinadlar Report