Böyük Britaniya növbəti 30 ildə Azərbaycana investisiya qoyuluşunu artırmağı və daha yüksək səviyyəyə çatdırmağı planlaşdırır.

Bunu Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanın müstəqillik tarixində ən böyük investor olub: “Bu günə qədər Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə yatırıb”.

İstinadlar Report