Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda “Sobsan” boya fabrikində yanğın baş verib.

Yanğın partlayışlarla davam edir. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

Yaxınlıqdakı insanlar təxliyyə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 32 texnikası və 160-dan çox canlı qüvvəsi cəlb olunub.

***

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Foto: Pərvin Zeynal










İstinadlar Qafqazinfo