Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelyka Tsviyanoviç ilə görüşüb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən J.Tsviyanoviçə ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a dəvət məktubunu təqdim edib.

Bu barədə səfir Vilayət Quliyev məlumat verib.

Diplomat bildirib ki, görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verilib.