İstanbulda müşahidə edilən dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“Yerli vaxtla saat 03:10-da ( Bakı vaxtı ilə 04:10 – Qeyd) hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, – məlumatda deyilir.

İstinadlar Report