
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən iclası çərçivəsində görüşüblər.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, onlar regional təhlükəsizlik, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması məsələlərini müzakirə ediblər.