Avropa İttifaqının (Aİ) neft tədarükünə tətbiq etdiyi embarqo səbəbindən Rusiyanın gündəlik itkilərinin təxminən 300 milyon avro olacağı gözlənilir.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Aİ-nin diplomatik xidmətinin saytında dərc olunan məqaləsində deyilir.

“Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 40 dollar endirimlə satılır. Bu ay son tədbirlərimiz qüvvəyə mindikdən sonra Rusiyanın enerji daşıyıcıların ixracından əldə etdiyi gündəlik gəlirlərinin 800 milyon avrodan 500 milyon avroya düşəcəyi gözlənilir”, – Borrel yazıb.

İstinadlar Report