2022-ci ilin fevralında Kiyevi bombalananda biz bu bədbəxt reallığa oyandıq və sonra başa düşdük ki, bu problemlə üzləşməyə hazır deyilik.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Jozep Borrel) Vaşinqtonda NATO-nun 75-ci ildönümü çərçivəsində Aİ-nin müdafiəsinə həsr edilən gecədə çıxışı zamanı deyib.

“75 il əvvəl Sovet İttifaqı Avropada azadlıq və demokratiya üçün təhlükə kimi meydana çıxdı. Biz isə birlik və güclə cavab verdik və bu gün bizim edə biləcəyimiz yeganə şey eyni yolu getməkdir. Mən burada – Vaşinqtonda məmnuniyyətlə demək istəyirəm ki, avropalılar, biz öz müdafiə qabiliyyətimizi yenidən qurmağa, müdafiə büdcəmizi artırmağa və müdafiə sənayemizi yüksəltməyə başladıq. Son üç ildə Avropada ümumi xərclər 30% artıb. Bu il isə biz demək olar ki, orta hesabla 2%-ə çatacağıq. Bizim üçün bu, strateji məsuliyyət məsələsidir. Biz bilirik, tam dərk edirik ki, özümüzü müdafiə edə bilmək üçün ordularımızın müdafiə qabiliyyətini artırmalıyıq”,-o qeyd edib.

C.Borrel vurğulayıb ki, Avropanın ərazi müdafiəsi üçün NATO-nun alternativi yoxdur:

“Amma NATO-nu daha güclü etmək və yükü bölüşmək var. Son beş ildə çox işlər görülüb. Ağlasığmaz görünən bir şey reallığa çevrilib. Məsələn, müharibə aparan bir ölkəyə hərbi texnika vermək, bizim heç vaxt etmədiyimiz və Vaşinqtondan görmədiyimiz bir şeydir. Bu, məntiqli görünə bilər, amma hərbi ittifaq olmayan Avropa İttifaqı üçün, ümumi təhlükəsizlik və müdafiə siyasəti qurmaq istəsək də, bu, inqilabi idi.

İstinadlar Report