Tanınmış özəl klinika “Bona Dea” məhkəməyə verilib.

Mərkəzi Bank tərəfindən hospital barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

“Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Belə ki, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb. Lakin ölkədən çıxarılan valyuta geri qaytarılmayıb.

Əldə etdiyimiz məlumata görə, hospitala 2 epizod üzrə protokol tərtib olunub. Protokollara əsasən, ümumilikdə ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (122 min manat) yaxındır. Protokollar üzrə müddəa təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində (təxminən 36,5 min manat) cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.

Amin Nəzərli

İstinadlar Qafqazinfo