ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.

Bu barədə “Reuters” məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində məlumat verib.

İstinadlar Report