Bolqarıstanın istefa verən sabiq Baş naziri Kirill Petkov deyib ki, Rusiyanın 70 diplomatının ölkədən çıxarılması barədə qərarını şəxsən o verməyib, bu, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) üç hesabatına əsaslanıb.

Bu barədə BTA agentliyi xəbər verib.

Onun sözlərinə görə, hesabatlar may və iyun aylarına, bir hissəsi isə marta aiddir.

Kirill Petkov qeyd edib ki, ölkədən çıxarılma mart ayında başlayan uzun proses olub və Xarici İşlər Nazirliyi tərəfindən Rusiya diplomatlarına yalnız onun verdiyi qərarla deyil, Bolqarıstanı tərk etmələri barədə bildiriş verməklə tamamlanıb.

İstinadlar Report