Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində Demokratik Qüvvələr İttifaqı (DQİ) ilə koalisiyada olan “Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları” Partiyası (BAİUVP) qalib gəlib.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Kameliya Neykova bildirib.

Onun sözlərinə görə, seçicilərin 25,33 %-nin (onlara 634 627 nəfər səs verib-red) səsini qazanan blok 67 deputat mandatı əldə edəcək. Seçicilərin 20,2 %-i (506 099 nəfər – 53 mandat) “Dəyişikliklərə davam edirik” koalisiyasına, 13,76 %-i (344 512 – 36) Hüquq və Azadlıq Hərəkatına (HHH) və digər siyasi qüvvələrə səs verib.

Bolqarıstanın 48-ci Milli Məclisinin deputatlarının növbədənkənar seçkilərində seçicilərin 39,41 faizi, ümumilikdə 2 milyon 501 min 963 nəfər iştirak edib.

İstinadlar Report