Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ölkənin akvatoriyasının üzərində təlim-məşq uçuşu edərkən radarlardan itib.

Məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Döyüş təyyarəsi ilə əlaqə iyunun 9-da gecə saatlarında kəsilib. Bundan sonra taktiki təlim uçuşları dayandırılıb.

Bolqarıstanın müdafiə naziri Georgi Panayotov hadisə yerinə gedib.

İstinadlar Report