Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlamentin buraxılması, yeni hökumətin təyin edilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fərmanlar imzalamaq niyyətində olduğunu açıqlayıb.

Dövlət başçısı bu barədə Bolqarıstan Milli Televiziyasının efirində açıqlama verib.

Radev qeyd edib ki, növbədənkənar seçkiləri aprelin 2-nə təyin etmək niyyətindədir.