“Bolqarıstanın gələn il Şengen zonasına daxil olmaq üçün hər cür şansı var”.

Bunu Bolqarıstan Prezidenti Rumen Radev Albaniyanın paytaxtında keçirilən Aİ-Qərbi Balkan sammitində deyib.

“Ölkənin gələn il Şengenə qoşulmaq üçün hər cür şansı var, lakin bu, yalnız danışıqlar vasitəsilə deyil. Bolqarıstanın özündən də çox şey asılıdır”, – Radev bildirib.

Dövlət başçısı qeyd edib ki, bəzi Avropa İttifaqı ölkələrində Bolqarıstanın Şengenə qoşulmasının mümkünlüyü ilə bağlı mənfi rəylər var və bunun aradan qaldırılması üçün bütün dövlət orqanlarının səyinə ehtiyac var.

“Ölkənin bütün siyasi liderlərinə müraciətim: bu mövzunu siyasiləşdirməyin”, – Prezident qeyd edib.

İstinadlar Report