“Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”.

Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, IGB “Avropanın enerji xəritəsini dəyişib” və bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, bu layihə Bolqarıstana Azərbaycandan qaz almağa imkan verəcək.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.