Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə qorunması haqqında memorandumu ratifikasiya edib.
Bu barədə ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov bildirib.
Onun sözlərinə görə, Bolqarıstan sazişi NATO ölkələrinin ümumi hava məkanına əhəmiyyət verməsi səbəbindən imzalayıb.
“Söhbət müdafiəyönümlü addımlardan getmir, söhbət növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc dövrün əməliyyatlarından gedir”, – o deyib.