Bolqarıstan parlamentinin deputatları ictimai yerlərdə üzü qismən və ya tamamilə gizlədən və ya bağlayan geyimlərdən istifadə etməyi qadağan edən qanun qəbul edib.

Qadağan olunmuş geyimlər sırasına niqab, pərəncə, eləcə də üzü örtən və gizlədən istənilən növ örtük və ya yarımşəffaf çadra daxildir.

Bu baxımdan qanunu pozanlar ilk halda 200 lev (100 avro), hər sonrakı qanun pozuntusuna görə isə 1,5 lev (750 avro) cərimələnəcək.

Qeyd edək ki, ölkədəki etnik türk azlıqlarını təmsil edən deputatlar səsvermədə iştirakdan imtina edib.