
Məlum olduğu kimi İranda yağan intesiv yağış Azərbaycanla sərhədyanı rayonlardan axan çaylarda suyun səviyyəsində ciddi artıma səbəb olub.
Dünəndən Biləsuvardan axan Bolqarçayında yaranan təhlükə rayonun Xırmandalı kəndində ciddiləşib.
Belə ki, sakinlərin sözlərinə görə, axşamdan etibarən suyun səviyyəsindəki artım Bolqarçay Xırmandalı kəndindən keçən hissəsində artıq daşqın təhlükəsi ilə evlərin kandarındadır.
Hazırda müvafiq qurumlar tərəfindən çayın sahilində bərkidilmə işləri görülür. Texnika və canlı qüvvənin köməyi ilə qabaqlayıcı tədbirlər davam etdirilir.
