Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti videogörüntüləri

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edirik.
Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür – VİDEO

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş susrsatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.
Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Polad Həşimovun qisasını almağa gedən şəhid – VİDEO

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq savaşında yüzlərlə igid şəhid oldu. 44 günlük Vətən müharibəsində şəhid olanlardan biri də Nicat Şükürlüdür.
O, 1991-ci ildə Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olur və 2018-ci ildə Universiteti yüksək qiymətlərlə bitirir.
2020-ci ildə Tovuz döyüşlərindən sonra hərbi komissarliqda adını könüllü olaraq yazdırır. Vətən müharibəsi başlayanda isə döyüşə yollanır. Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti, çevikliyi ilə fərqlənərək Manqa komandiri seçilir. 11 oktyabr Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. Nicat Şükürlü Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
“Report”un çəkiliş qrupu şəhidin evində yaxınları ilə həmsöhbət olub.
Şəhidin anası Aybəniz Şükürova oğlunun daim qoçaq, mərd olduğunu deyib. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov şəhid olandan sonra Nicat heç rahatlıq tapa bilmirdi: “Elə həmişə deyirdi ki, Polad Həşimovun qisasını almaq lazımdır. Buna görə də gedib könüllü müharibəyə yazılmışdı”.
Atası Ayaz Şükürlü isə bildirir ki, oğlu kişi kimi döyüşdü, kişi kimi də şəhid oldu: “Nicat uşaq yaşlarında çox əqidəli, ağıllı, savadlı uşaq idi. Həmyaşıdlarından daim seçilirdi. Vətən sevgisi həddindən artıq böyük idi. Tovuz hadisələri, generalımızın ölümündən sonra rahatlıq tapmırdı. Müharibə başlayanda bir məqsədi var idi: ölkənin ərazi bütövlüyünü bərpa etmək. Həmişə deyirdi ki, biz gələcək nəsillərə bu müharibəni buraxmamalıyıq”.
“Report” həmin reportajı təqdim edir:
Laçındakı su elektrik stansiyası yenidən qurulur – Video

“Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün işləri davam etdirir.Neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparılır və işlərin bitməsinə az müddət qalıb.
Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar – stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.
Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqdalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.
İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.
Füzulinin Qərvənd kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Qərvənd kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Füzulinin Ələsgərli kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Füzuli rayonunun Ələsgərli kəndindən videogörüntülər hazırlayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Moda evi işlədən qadınlar cərimələndi – VİDEO

Bakıda karantin qaydalarını pozaraq işləyən moda evi aşkar edilib.
Paytaxtın Nəsimi rayonu ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.
Belə ki, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.
Salyanda kafe sahibi və 8 müştəri cərimələndi – VİDEO

Salyan şəhərində “Şahmar” adlı kafenin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.
Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.
Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.
Firdovsi Umudov şəhidin nəvəsinin müalicəsinə köməklik etdi – Video

DSX-nın zabiti, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Mingəçevirdən olan I Qarabağ döyüşlərində şəhid olmuş Mövsümov Vasifin nəvəsinin müalicəsinə köməklik göstərib.
Bu barədə şəhid oğlu Anar Mövsumov unikal-org-a danışıb:
“Mən ümumi müraciət etmişdim. Övladımın serebral iflicdən əziyyət çəkdiyini və maddi imkanlarımın az olduğunu demişdim.
Firdovsi müəllim mənim müraciətimi sosial şəbəkədə görüb, əlaqə saxladı. Bir vətəndaş olaraq dəstəyini göstərmək istədiyini dedi. Ona minnətdarlığımı bildirirəm. Bizə ən böyük yaxşılığı o etdi”.
Firdovsi Umudov şəhid ailəsi ilə danışarkən bu fikirləri bildirib:
“Dövlətimiz, prezident İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və Qaziləri xüsusi diqqətdə saxlayır. Dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır.
Biz də bir vətəndaş olaraq əlimizdən gələni əsirgəmirik. Şəhid ailələrinə, Qazilərə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur”.
Bu mobil tətbiqlə sosial müdafiə hüquqlarınızı öyrənə bilərsiniz – Video

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial-az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.
Bu mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqlarınız barədə bütün suallara bir pəncərədə cavab tapa bilərsiniz.
Mobil tətbiqdə qeydiyyat çox sadədir. Sizdən yalnız istifadəçi adı, şifrə, adınıza olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrənizi qeyd etmək tələb olunur.
16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.
Qeyd edək ki, 2020-ci il ərzində e-sosial-az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.
E-sosial-az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:
Kəlbəcərin Aşağı Şurtan kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Aşağı Şurtan kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
ANAMA 425 kq partlayıcı maddə aşkarlayıb – VİDEO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) tərəfindən 27 sentyabr 2020-ci – 12 yanvar 2021-ci il tarixlərində 2 310 siqnal (əməliyyat çağırışı) əsasında 1 886 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
ANAMA-dan verilən məlumata görə, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Şuşa və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.
Baxışlar zamanı 2 772 ədəd partlamamış hərbi sursat (PHS), 4 571 ədəd piyada əleyhinə mina, 1 604 ədəd tank əleyhinə mina, 1 934 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 444 ədəd 9N235 bombacıqları, 35 267 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 100 metr boru şəkilli partlayıcı yük, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 2 006 ədəd partlamış raket hissələri aşkar olunub.
İlham Əliyevlə Putin arasında maraqlı dialoq – Video

Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş başlamadan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında maraqlı dialoq yaşanıb.
Rusiyalı lider söhbət əsnasında Azərbaycan Prezidentinə “Sizdə də hava soyuqdur?” sualını verib.
Dövlət başçısı İlham Əliyev isə cavabında “Yox, normal. 5-6 dərəcə olar” deyib.
Həmin anın videosunu təqdim edirik:
İtkin düşən daha bir əsgərin nəşi tapıldı – VİDEO

Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.
Söhbət Masallının Ərkivan qəsəbə sakini 23 yaşlı Sənan Seyfullayevdən gedir. S. Seyfullayev bu gün doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Bildirilir ki, onun nəşi 71 gündən sonra tapılıb.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin itkin düşən 64 hərbçi ilə bağlı yaydığı siyahıda S. Seyfullayevin də adı yer almışdı.
Kəlbəcərin Şaplar kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğaldan azad olunan Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər hazırlayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Rusiya səhra şəraiti üçün Azərbaycana 15 mobil konteyner göndərdi – Video

Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib.
Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub.
Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.
Həmçinin baxın
Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür – VİDEO
Rusiya səhra şəraiti üçün Azərbaycana 15 mobil konteyner göndərdi – Video
Qazinin müalicəsi üçün “RGO” ortopedik cihazından istifadə olunur – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla