Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində hərbi hissəni ələ keçirib və hərbçiləri girov götürüblər.
Bu barədə “Wara TV” telekanalı məlumat yayıb.
Telekanalın feysbukda paylaşdığı videoda hərbçilərdən biri deyib ki, onlar girov götürülüb və “həyatları təhlükə altındadır”. O həmçinin girov götürənlərin tələbini açıqlayıb – Boliviya hakimiyyəti Moralesin tərəfdarları tərəfindən bağlanmış yolların açılması əməliyyatını dayandırmalıdır.
Görüntülərdən hərbi hissəni ələ keçirənlərin sayının hərbçilərin sayından xeyli çox olduğu görünür.