
Boliviyanın Santa Kruz məhkəməsi insan alverində şübhəli bilinən keçmiş prezident Evo Moralesin həbsinə dair orderi ləğv edib.
Bu barədə yerli “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, hakim Lilian Morano istintaqın dayandırılması və işin Tarihi departamentindən alınaraq Koçabamva departamentinə verilməsi barədə göstəriş verib. Nəşr qeyd edir ki, Morales bu regionda böyük siyasi dəstəyə malikdir.