Mayın 25-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə ADY qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək.

Bu “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, həftənin şənbə və bazar günləri qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

Bundan başqa, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edir. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady-az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

İstinadlar Qafqazinfo