Bu il Azərbaycanda elektromobilliklə bağlı geniş proqram həyata keçiriləcək.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov bu gün keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda “Caspian Energy” MeetUp-da çıxışı zamanı deyib.

O bildirib ki, elektromobilliyin geniş yayılmasına hazırda müəyyən səbəblər mənfi təsir göstərir: “Bunlardan biri elektrik doldurma stansiyalarının sayının az olmasıdır. Buna səbəb isə stansiyaların yalnız “Azərişıq” ASC tərəfindən quraşdırılmasıdır”.

İstinadlar Report