“Boeing” şirkəti “787 Dreamliner” təyyarələrində texniki qüsurun aşkar edildiyini açıqlayıb.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, bu, tədarükə qismən təsir edə bilər. Məlumata görə, xidmətdə olan “787 Dreamliner”lər üfüqi stabilizatorlarında qüsur aşkarlanıb.

Açılamada vəziyyətin təcili təhlükəsizlik problemi olmadığı və xidmətdə olan təyyarələrin fəaliyyətini davam etdirə biləcəyi qeyd olunur.

Şirkət qeyd edib ki, yoxlamalar və lazımi işlər yaxın müddətli tədarüklərin vaxtına təsir edəcək, lakin problem bütün il üçün tədarük gözləntilərini dəyişdirməyəcək.

İstinadlar Report