Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və ulu öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

Universitetin inzibati binasında ümummilli liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev və digər rəsmilər büstün qarşısına əklil və gül dəstələri qoyublar.

Büstün müəllifi, tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib.

Ardınca “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Ulu öndərin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

 Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da ulu öndərin büstünün qoyulmasının böyük qürur, şərəf olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor Natiq Əliyevə dərin minnətdarlığını bildirib.

Rektor çıxışında Heydər Əliyevin atdığı hər bir siyasi addımın arxasında, gordüyü hər bir işin əsasında güclü və müstəqil Azərbaycanın qurulması, dövlətçiliyin sarsılmazlığı və dünya dövlətləri icərisində özünə layiqli yer tutması prinsipinin dayandığını vurğulayıb.





İstinadlar Qafqazinfo