“Azərbaycan qalib gəlməklə həm də “münaqişənin hərbi yolla həlli yoxdur” deyənlərə cavab verdi”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərova BMTM-də 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

E.Cəfərova vurğulayıb ki, ATƏT-in Minsk Qrupu 28 il ərzində uğursuz vasitəçi olub.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən əvvəlki təxribatçı hərəkətlərindən də danışıb:

“Onun “Qarabağ Ermənistandır” bəyanatı, Cıdır düzündə rəqs etməsi, Yaxın Şərqdən yüzlərlə ailənin Qarabağa köçürülməsi və s. Azərbaycan xalqının səbrini tükəndirməyə bilməzdi. Tovuz hadisələri Azərbaycanın bu proseslərə cavab verməsinə rəvac verdi. Beləliklə, sentyabrın 27- də əks-hücum əməliyyatlarına başladıq.

İstinadlar Report