“Gələcəkdə Ağdaban qətliamı ilə bağlı da hesabat hazırlamaq olar, çünki az bilinən bir faciədir”.
Bunu “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şöbə müdiri Vasif Hüseynov deyib.
“Kəlbəcərin işğalından danışanda Ağdaban faciəsini qeyd etməmək olmaz. Ağdaban düşmənin ilk hədəflərindən birinə çevrilmişdi. Orada qəddar bir qətliam törədilmişdi, 32 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdi. Ağdabanda qadının diri-diri yandırılması, uşaqların öldürülməsi kimi faktlar var”, -o əlavə edib.