BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun direktoru İvana Jivkoviç Azərbaycanda rəsmi səfərdədir.
Səfər çərçivəsində xanım Jivkoviç cari məsələlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. BMTİP-nin Avropa və MDB üzrə regional direktoru Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.