“Yəməndə münaqişə tərəfləri hərbi variantları ikiqat artırıb. Husilər hücumları davam etdirməkdə qərarlıdır”.

Bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə deyib.

Husilərin Maribə hücum etməkdə qərarlı olduğunu və Şəbvada qarşıdurmaların yenidən başladığını bildirən H.Qrundberq tərəfləri mülki insanları qorumağa və atəşkəsə çağırıb.

Diplomat qeyd edib ki, Taiz və Sənada da hava və artilleriya hücumları artıb.

Qeyd edək ki, Yəməndə husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

İstinadlar Report