Yəməndəki münaqişə tərəfləri ölkədəki humanitar böhranı yumşaltmaq üçün atəşkəs rejiminə əməl etməlidir.

Bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq tviterdə yazıb.

Yəmənin müvəqqəti paytaxtı Ədənə ikigünlük səfərini şərh edən Qrundberq atəşkəsin “konkret nəticələr” gətirdiyini və mülki itkilərin sayını əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib.

Xüsusi nümayəndə vurğulayıb ki, Yəməndəki təmaslar çərçivəsində Taiz şəhəri də daxil olmaqla kommunikasiyaların təhlükəsiz açılması və nəzarət altında olan Səna Beynəlxalq Hava Limanından kommersiya uçuşlarının bərpası kimi məsələlər müzakirə olunub.

İstinadlar Report