
Yəməndə milyonlarla qaçqın ərzaq yardımı kəsildiyi üçün artan qıtlıqla üzləşir.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tviterdə məlumat yayıb.
Hesabatda bildirilir ki, ölkədəki qaçqınların yarıdan çoxu, təxminən 4 milyon insan, qidaya ciddi ehtiyac olan ərazilərdə yaşayır.
Bu ayın əvvəlində BMT Yəmənin mühüm humanitar yardım proqramlarından bəzilərinin maliyyə çatışmazlığı səbəbindən dayandırıldığını açıqlayıb.