BMT Yaxın Şərqdəki münaqişənin bütün tərəflərindən təmkinli davranmalarını istəyir və regionda vəziyyətin deeskalasiyası üçün fəal işləyir.

Bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gözlənilməz şəkildə nəzarətdən çıxa bilər: “Biz bütün tərəflərin təmkinli olmasını istəyirik. Vəziyyət gözlənilməz şəkildə nəzarətdən çıxa bilər və biz bunun qarşısını almaq üçün fəal işləyirik”.

İstinadlar Report