BMT-nin baş katibi Antoniu Quterrişə işgüzar yazışmalarda “WhatsApp” proqramının istifadəsindən imtina etmək tövsiyə edilib. Bu haqda BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Hak məlumat verib.

“Hazırda BMT-nin rəhbərliyinə “WhatsApp” messencerinin istifadəsindən imtina etmək tövsiyə edilib. Mən baş katibin həmin proqram təminatından istifadə etdiyini düşünmürəm” – Hak deyib.

Bununla belə o, 2018-ci ilin mayında “WhatsApp” messenceri üzərindən “Amazon”un direktoru və “The Washington Post” qəzetinin sahibi Ceff Bezosun telefonuna müdaxiləsi ilə bağlı şərh verməyib. O, informasiyanın təfərrüatı ilə araşdırılmasının vacibliyini və bu hadisənin inkişafının BMT-nin diqqət mərkəzində olduğunu vurğulayıb.

Emil Hüseynov

 

İstinadlar ict news