BMT ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı qərarına münasibət açıqlayıb.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib.

Sözçü bildirib ki, BMT ABŞ hökumətinin xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarından xəbərdardır: “Biz üzv dövlətlərimizdə bütün qanuni göstərişlərə əməl edirik. USAID üzv dövlətlərdə müxtəlif hökumətlərlə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir”.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. ABŞ-nin Dövlət katibi Marko Rubio USAID-in direktor vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

İstinadlar Report