Müharibə başlayandan indiyədək 6 milyon 361 min 116 nəfər Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Onların hazırkı sayı 3 milyon 418 min 77 nəfər təşkil edir.

Sonrakı yerləri Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya, Belarus bölüşür.

İstinadlar Report