Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi Ukraynada 4 031 mülki şəxs ölüb.

Bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artilleriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.

Bildirilib ki, ölənlər arasında 1 529 kişi, 995 qadın, 92 qız və 100 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 246 böyük var. Eyni zamanda, 4 735 nəfər yaralanıb.

İstinadlar Report