“Türkiyədə zəlzələdən zərər çəkmiş beş milyondan çox insana kömək etmək üçün təcili olaraq əlavə maliyyəyə ehtiyacımız var”.

Bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında deyib.

BMT rəsmisi bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Türkiyədə zəlzələlər nəticəsində 3 milyon insanın məcburi köçkün olduğunu təxmin edir: “BMT bölgədə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dəstəyini davam etdirir. Bu günə qədər BMT-nin bölgədəki missiyası və humanitar tərəfdaşlarımız 535 000-ə yaxın insana sığınacaq verib.

İstinadlar Report