BMT Təhlükəsizlik Şurası cümə axşamı nahardan sonra Liviya ilə bağlı növbədənkənar qapalı iclasa hazırlaşır.

Bu barədə Təhlükəsizlik Şurasının proqramında yazılıb.

“Saat 15:00-da Liviya və başqa məsələlər üzrə qapalı məsləhətləşmələr”, – deyə sənəddə qeyd olunub.

BMT TŞ-nin Liviyadakı vəziyyətlə bağlı təcili iclası Tripolidə əməliyyatların dayandırılmasına səsləyən qətnamə layihəsi üzrə danışıqlar nəticə vermədikdən sonra Almaniya tərəfindən çağırılıb.

İstinadlar Report